Murad Ədilova qarşı zorakılıqla bağlı yeni məlumat

Murad Ədilova qarşı zorakılıqla bağlı yeni məlumat
7 Noyabr 2018
Mətni dəyiş

AXCP üzvü Murad Ədilovun həbsaxanada dözülməz təzyiqlərə məruz qalması ilə bağlı qardaşı, jurnalist Natiq Ədilov məlumat yayıb. 

AXCP mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, ədliyyə orqanlarından ona mesaj göndəriblər ki, Murada qarşı edilən hərəkətlər həbsxana nəzarətçisinin özfəaliyyətidir, qarşısı alınacaq.

Natıq Ədilov buna inanmaq istədiklərini və gözlədiklərini qeyd edib. Mühacirətdə olan jurnalist deyir ki, qardaşına qarşı ayrı-seçkilik və türmə daxilində psixoloji hücumlar barədə yazılı, şifahi, elektron formada şikayətlər göndərilib.

"İstəyimiz sadədir, 10 saylı cəzaçəkmə müəssisəsinin baş nəzarətçisi Xəyal Həsənovun vicdan məhbusunu ölüm həddinə çatdırılmasına hüquqi qiymət verilsin!"

Jurnalist deyir ki, bu gün ədliyyə sistemindən ona xəbər yollayıblar. Bildiriblər ki, bu hadisə rəhbərliyin də qəzəbinə, narahatlığına səbəb olub, yəni, törədilən əməl baş nəzarətçinin şəxsi təşəbbüsü, tamahı və xarakterindən irəli gəlib, bir də bu hal təkrar olunmaz.

Natiq Ədilov yazıb ki, onlara səbrli olmaq tövsiyyə olunub. Jurnalistin sözlərinə görə, onu inandırmağa çalışıblar ki, qardaşına qarşı planlı, əvvəlcədən yuxarı səviyyədə düşünülən plan olmayıb.

"Belədirsə, nə gözəl. Bizim türmələrlə, nadzorlarla mübarizə aparmaq kimi bir fikirimiz onsuz da yoxdur. Bizimki siyasi sistem və onun başında dayanan adamlardır. İndi sizin əlinizdə gözəl bir imkan var, normal, ədalətli araşdırma aparın, aydınlaşdırın bu Xəyal adlı vücud niyə, hansı məqsədlə belə edib, cəzasın verin bu olsun iş. Biz də arxayın olaq ki,hüquq sistemimiz bizi ədaləti ilə təəccübləndirmək keyfiyyətindən məhrum deyil".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun