Dünya

Kanada 17 Səudiyyə təbəəsinə sanksiya tətbiq edib

1 dəqiqə
Kanada 17 Səudiyyə təbəəsinə sanksiya tətbiq edib

Kanada hökuməti jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi ilə bağlı şübhəli sayılan Səudiyyə Ərəbistanının 17 təbəəsinə qarşı sanksiya tətbiq edib.

Bu barədə “Report” Kanada XİN-in saytına istinadən xəbər verir.

Xatırladaq ki, “Vaşinqton post” qəzetinin əməkdaşı C.Qaşıqçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. İndiyədək onun meyiti tapılmır.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun