Gürcüstanda səsvermə başa çatdı, səslərin sayılması başlayıb

Gürcüstanda səsvermə başa çatdı, səslərin sayılması başlayıb
29 Noyabr 2018
Mətni dəyiş

Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turu üzrə səsvermə yekunlaşıb. 

Ölkə üzrə seçki məntəqələri saat 20:00-da bağlanıb.

***

Saat 17:00-dək 1 milyon 662 min 453 seçici səsvermədə iştirak edib.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 17:00-a olan seçici fəallığı 47,31 faiz olub.

***

Saat 15:00-a olan seçici fəallığı 38,8% təşkil edib.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, indiyə qədər 1 363 493 seçici artıq səsvermədə iştirak edib.

***

Saat 12:00-a olan seçki aktivliyi 19,6% təşkil edib.

Bunu jurnalistlərə açıqlamasında Gürcüstan Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Anna Mikeladze deyib. O, seçkidə 688.551 nəfərin iştirak etdiyini bildirib.

Ən böyük aktivlik Kareli şəhərində (23,5%), ən aşağı aktivlik isə Salka (12,2%) şəhərində qeydə alınıb.

***

Gürcüstanda seçkidə saat 10:00-a olan aktivliyin faizləri açıqlanıb.

İndiyə qədər olan aktivlik 7,26% olub. Məntəqələrdə 255 min seçici səs verib.

Hakim Gürcü Arzusu Partiyasının nümayəndəsi, vitse-spiker Tamara Cuqoşvili seçkiylə bağlı bəyanat yayıb. O, siyasətçiləri ikinci turda məsuliyyətli olmağa və provokasiyalara yol verməməyə çağırıb.

Artıq seçkidə baş nazir Mamuka Baxtadze və Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs iştirak edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun