Gürcüstanda banklara borclu olanların borcu silinəcək

Gürcüstanda banklara borclu olanların borcu silinəcək
19 Noyabr 2018
Mətni dəyiş

Gürcüstanda banklara və digər maliyyə orqanlarına borcu olan 600 minədək adam "maliyyə amnistiyasına" düşəcək. Yəni onların borcları tamamilə silinəcək.

Yenilənir...

Azadlıq Radiosu Gürcü xidmətinin məlumatına görə, bunu noyabrın 19-da ölkənin baş naziri Mamuka Bkhtadze canlı yayımla yayılan brifinqdə deyib.

Nazirin sözlərinə görə bu borcların ümumi məbləği təxminən 565 milyon dollardır və həmin adamların 150 minə yaxını sosial cəhətdən müdafiəsizdir.

Dekabrın 15-dən başlanacaq proses, ayın sonunda başa çatmalıdır.

Müxalifətdən olan prezidentliyə namizəd Grigol Vashadze də bu ərəfədə belə bir təşəbbüslə çıxış edib.

O bildirib ki, kreditini ödəməyə gücü çatmayan vətəndaşların borcu hökumət tərəfindən alınmalıdır.

Vashadze bu insanları borcdan qurtarmaq üçün parlamenti iqtisadi amnistiya elan etməyə, Mərkəzi Bankı isə ipoteka kreditlərinin faizini yarıbayarı azaltmağa çağırmışdı.

Qeyd edək ki, bu addım Gürcüstanda qarşıdan gələn prezident seçkisi ərəfəsində atılır.

Noyabrın 28-də keçiriləcək seçkinin ikinci mərhələsində hakim “Gürcü arzusu” partiyasının dəstəklədiyi Salome Zurabişvili ilə keçmiş prezident Mixeil Saakaşvilinin “Vahid Milli Hərəkat Partiyası”nın üzvü, Qriqol Vaşadze mübarizə aparacaqlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun