Giorgi Marqvelaşvili prezident seçkilərinin ikinci turundan narazı qalıb

Giorgi Marqvelaşvili prezident seçkilərinin ikinci turundan narazı qalıb
30 Noyabr 2018
Mətni dəyiş

“Dünənki seçkilərin müşahidəsi və müşahidəçi təşkilatların təhlili əsasında ikinci turda demokratik seçkilərin keyfiyyətinin kəskin aşağı düşməsi ilə bağlı narahatlığımı bildirmək istəyirəm”.

Bu barədə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili seçkilərin nəticələri ilə bağlı keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu cür standartlar üzrə belə seçkilər Gürcüstanda bir daha keçirilməməlidir.

G.Marqvelaşvili ikinci turda əhalinin yüksək fəallıq nümayiş etdirdiyini vurğulayaraq vətəndaşlara, müşahidə missiyaları və KİV-ə minnətdarlığını bildirib.

Dövlət başçısı sonda Salome Zurabişvilini prezident seçilməsi münasibətilə təbrik edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun