Dünya birjalarından neftin qiyməti ucuzlaşıb

Dünya birjalarından neftin qiyməti ucuzlaşıb
4 Noyabr 2018
Mətni dəyiş

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,55 dollar və ya 0,86% azalaraq 63,14 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,06 dollar və ya 0,08% ucuzlaşaraq 72,83 dollar təşkil edib.

Azərbaycanın dünya bazarına çıxardığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,15 dollar və yaxud 3,75% azalaraq 73,85 dollar təşkil edib.

"Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun