CNN telekanalı Donald Trampı məhkəməyə verib

CNN telekanalı Donald Trampı məhkəməyə verib
14 Noyabr 2018
Mətni dəyiş

CNN teleşirkəti ABŞ Prezidenti Donald Trampı və Ağ Evin bir sıra rəsmilərini məhkəməyə verib. Bu barədə kanalın özü məlumat yayıb. 

Xəbərdə deyilir ki, buna səbəb telekanalın əməkdaşı Cim Akostanın Ağ Evdəki akkreditasiyasının ləğv edilməsidir.

Kanalın açıqlamasında deyilir ki, hökumət rəsmiləri ABŞ Konstitusiyasının söz, etiqad, mətbuat, toplaşmaq azadlıqlarını, petisiya vermək hüququnu müdafiə edən ikinci düzəlişi, düzgün cinayət istintaqını, eyni qanun pozuntusuna görə təkrarən məsuliyyətə cəlb olunmamaq, özünə qarşı ifadə verməmək, müsadirə zamanı təminatlarla bağlı beşinci düzəlişi pozublar.

İddia prezident Trampla yanaşı, Ağ Ev Aparatının rəhbəri Con Kelli, mətbuat katibi Sara Sanders, prezidentin kommunikasiyalara dair köməkçisi Bill Şin, məxfi xidmət direktoru Cozef Klansi, adı çəkilməyən məxfi xidmət zabitinə qarşı irəli sürülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun