Dünya

BMT Şimali Koreyaya qarşı bir sıra sanksiyaları qismən ləğv edib

1 dəqiqə
BMT Şimali Koreyaya qarşı bir sıra sanksiyaları qismən ləğv edib

BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı bir sıra sanksiyaları qismən ləğv edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, qərar iki ölkə arasında dəmir yollarının birləşdirilməsi planı çərçivəsində istisna halı kimi verilib.

Məlumata görə, Cənubi Koreya dəmir yollarının vəziyyətini araşdırmaq üçün yanacaq və başqa ləvazimatlar gətirmək məqsədilə sanksiyaların müvəqqəti ləğvi tələbilə BMT Təhlükəsizlik Şurasına müraciət edib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun