Azərbaycanlı iş adamı Türkiyədə futbol klubu satın aldı

Azərbaycanlı iş adamı Türkiyədə futbol klubu satın aldı
4 Noyabr 2018
Mətni dəyiş

Türkiyə İkinci Liqasının Qırmızı Qrupundan mübarizə aparan Darıca Gençlerbirliği futbol klubu azərbaycanlı iş adamı Rauf İsmailyov tərəfindən satın alınıb.

"Sözcü" qəzetinin yaydığı məlumata görə, Rauf İsmayılov Darıca Gençlerbirliği komandası bütün haqlarını ilə satın alıb.

Xəbərdə deyilir ki, müqavilə şərtləri ilə bağlı rəsmi açıqlamanın yaxın 1 həftə ərzində verilməsi gözlənilir.

Müqavilənin imza mərasimində azərbaycanlı iş adamı Rauf İsmayılov və Gençlerbirliği klubunun prezdenti Mücahid Vural iştirak ediblər.

Müqaviləyə görə, 1934-cü ildə qurulan Gençlerbirliği Darıca klubunun bütün haqları Rauf İsmayılova satılıb.

Gençlerbirliği Darıca klubu Türkiyə liqasında Kocaeli bölgəsini təmsil edir.

2017-2018-ci il futbol mövsümündə 3-cü liqada çıxış edərək 72 xalla çempion olan Gençlerbirliği Darıca klubunun baş məşqçiliyinə 15 oktyabrda Beşiktaş klubunun və Türkiyə milli komandasının keçmiş hücumçusu Oktay Derelioğlu gətirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun