Azərbaycan nefti 68 dollardan aşağı düşüb

Azərbaycan nefti 68 dollardan aşağı düşüb
15 Noyabr 2018
Mətni dəyiş

Dünya birjalarında neft ucuzlaşıb.

Noyabrın 15-i London birjasında brent markalı neftin bir barreli 66,04 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 56,09 dollara düşüb.

Azərtac xəbər verir ki, Azərbaycan nefti "AzəriLayt” 67,81 dollara satılır.

Fevralın əvvəlində Azərbaycan neftinin barreli 70,33 dollara təklif edilib. Martın əvvəlində qiymət 66,61 dollara enib.

"AzəriLayt” aprel ayına 69,86 dollarla, may ayına 75,95 dollarla, iyun ayına 79,46 dollarla başlayıb.

İyulun start qiyməti 79,23 dollar olub. Avqustun əvvəlində Azərbaycan nefti 75,75 dollara, sentyabrın əvvəlində 79,73 dollara satılıb.

Oktyabr 85,94 dollarla starta çıxıb.

Noyabrın ilk qiyməti 77,23 dollar olub.

Azərbaycanın 2018-ci il büdcəsində neftin qiyməti 55 dollardan götürülüb. Energetika Nazirliyinin rəsmi hesabatına görə, bu ilin yanvar-oktyabr aylarında ölkədə 7 milyon 919,3 min barrel neft hasil edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun