Azərbaycan Finlandiya, İsveç və Norveçdəki səfiri geri çağırdı

Azərbaycan Finlandiya, İsveç və Norveçdəki səfiri geri çağırdı
13 Noyabr 2018
Mətni dəyiş

Azərbaycan İsveçdəki səfirini geri çağırıb. Azərbaycan prezidenti İlham Əliyev bu gün, noyabrın 11-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda yazılır ki, Adış Məmmədov Azərbaycanın İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

Sərəncamda səfirin geri çağırılmasının səbəbələrinə toxunulmur.

Norveç hökuməti ötən həftə Azərbaycandakı səfirliyini bağlayacağını açıqlayıb. Norveçin Xarici İşlər Nazirliyi başçısı İne Söreyde açıqlayıb ki, Azərbaycanla ölkəsi arasındakı münasibətlər səfirlik bağlandıqdan sonra onların Türkiyədəki səfirliyi vasitəsilə həyata keçiriləcək. Bakıda isə baş konsulluq fəaliyyət göstərməlidir.

Norveç, eyni zamanda, Gürcüstanda səfirlik açılması haqqında qərar qəbul edib. Bu qərarı açıqlayan İ.Söreyde bildirib ki, Gürcüstan Cənubi Qafqazda Norveçin əsas tərəfdaşıdır.

Norveç hökumətinin bu qərarına Azərbaycandan fərqli rəylər gəlib.

Azərbaycan XİN səfirliyin bağlanılmasına təəssüfləndiyini ifadə edib. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev isə deyib ki, "bu, bizdə hər hansı təəssüf doğurmur".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun