17 noyabr Milli Dirçəliş günüdür - 30 illik

17 noyabr Milli Dirçəliş günüdür - 30 illik
17 Noyabr 2018
Mətni dəyiş

17 noyabr Azərbaycanda Milli Dirçəliş günüdür. 1988-ci il noyabrın 17-də Bakının Lenin, indiki Azadlıq meydanında Ermənistanın Qarabağla bağlı Azərbaycana ərazi iddialarına və SSRİ rəhbərliyinin qızışdırıcı siyasətinə etiraz olaraq mitinqlər başlayıb.

O dövrün şahidlərinin bildirməsinə görə, Sovet İttifaqı rəhbərliyinin məsələnin həllinə biganə yanaşması vətəndaşları daha da hiddətləndirdiyindən, az vaxt ərzində yüz minlərlə insan hərəkata qoşulub.

Fasiləsiz mitinqlər dekabrın 5-nə kimi davam edib və həmin gün sovet ordusunun zorakılığı ilə dağıdılıb.

1992-ci ildə 17 noyabr bayramlar sırasına salınıb və qeyri-iş günü elan edilib. Milli Dirçəliş günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş dəyişikliklərə görə, artıq qeyri-iş günü deyil.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun