Ə.Amaşov deputatların gəlir deklorasiyasının qəbul edilməsini təklif edib

Ə.Amaşov deputatların gəlir deklorasiyasının qəbul edilməsini təklif edib
15 Noyabr 2018
Mətni dəyiş

Deputat Əflatun Amaşov parlamentin noyabrın 15-də keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı təklif irəli sürüb.

O deyib ki, qanun layihəsi hazırlayarkən Əli Hüseynlinin rəhbərlik etdiyi Hüquq siyasəti və dövlət quruculuğu komitəsi beynəlxalq təcrübəni öyrənib.

"Beynəlxalq təcrübədə gəlir deklorasiyası əsas şərtlərdən biri kimi göstərilib. Gəlir deklorasiyasının tətbiqini bu dəfə də olmasa, gələn dəfə gündəmə gətirək və qəbul edək. Bunun üçün qanunvericilik bazamız da mövcuddur", - deyə o bildirib.

Ə.Amaşov qeyd edib ki, Almaniyada deputat cinayətdə ittiham edilirsə, iclas zalında həbs olunur. Onun sözlərinə görə, elə ölkələr var ki, deputat seçiciləri ilə görüşməsə, onlarla kobud davransa, ictimai yerdə özünü qeyri-etik aparsa, onu çox ağır cəza gözləyir.

O qeyd edib ki,maraqların toqquşmasının qarşısının alınması çox vacibdir:

“Heç bir deputat səlahiyyətlərinin icrası çərçivəsində statusundan öz maraqları üçün istifadə etməməli, xidməti vəzifəsinin icrası ilə maraqları arasında ziddiyət yarandıqda maraqlarından imtina etməlidir”, - deyə deputat bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun