Rusiyanın Azərbaycandakı bankı 250 milyon dollar zərər edib

Rusiyanın Azərbaycandakı bankı 250 milyon dollar zərər edib
28 Oktyabr 2018
Mətni dəyiş

VTB Bank Azərbaycan bu ilin 9 ayı üzrə açıqladığı hesabata əsasən bank 250,847 milyon manat zərər edib. Lakin ötən ilin analoji dövründə Bank VTB Azərbaycan  2,42 milyon manat mənfəət  qazanıb. Bu barədə fins.az bankın hesabatına istinadən məlumat yayıb. 

İl ərzində “Bank VTB Azərbaycan”ın balans kapitalı 44,7% artaraq 54,765 mln manat, nizamnamə kapitalı 6,2 dəfə artaraq 315,815 mln manat olub.  Bankın 9 ay ərzində faiz gəlirləri 5,931 mln manat, faiz xərcləri 7,779 mln manat, qeyri-faiz zərəri 5,512 mln manat, qeyri-faiz xərcləri 12,348 mln manat, xüsusi ehtiyatlara ayırmaları isə 231,139 mln manat olub.

“Bank VTB Azərbaycan”ın aktivləri 144,371 mln manat olub ki, bu da illik müqayisədə 63,5% azdır. Bunun 55,478 mln manatı müştərilərə verilmiş xalis kreditlərdir.

İl ərzində bankın kredit portfeli 80,1% kiçilib. Bankın öhdəlikləri 74,9% azalaraq 89,607 milyon manata qədər azalıb. Bunun 49,632 milyon manatı müştərilərdən alınmış depozitlərdir. Bankın son bir ildə  depozit portfeli də 22,6% böyüyüb.

Bank VTB (Azərbaycan) 20-dən çox ölkədə nümayəndəliyi olan VTB beynəlxalq maliyyə qrupunun hissəsidir.

VTB-nin əsas səhmdarı 60,9% paya malik Rusiya Federasiyasıdır. Bankın fəaliyyəti MDB ölkələri, eləcə də Gürcüstan, Kipr, Avstriya, Fransa, Almaniya, Çin və Hindistanı əhatə edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun