Oktyabrın 18-i Azərbaycanda Dövlət Müstəqilliyi Günüdür

Oktyabrın 18-i Azərbaycanda Dövlət Müstəqilliyi Günüdür
18 Oktyabr 2018
Mətni dəyiş
Bu gün, 27 il öncə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Həmin il oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxlayır. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edilir. Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar sessiyaya qatılmır. Konstitusiya Aktında göstərilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılır. Əhalinin 95 faizi bu referendumda iştirak edərək, ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verir. Hərçənd, bundan 9 ay öncə Azərbaycanda da SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilmişdi .Yerli hakimiyyətin iddiasına görə, səsverməyə qatılanların çoxu SSRİ-nin saxlanmasına səs vermişdi. Həmin referendumu müxalifət qüvvəsi- Azərbaycan Xalq Cəbhəsi boykot etmişdi. Bu təşkilat referendumun nəticələrinin saxtalaşdırıldığını açıqlamışdı. O dövrün müstəqil araşdırmaçılarının fikrincə, 1991-ci ilin avqustunda Moskvada dövlət çevrilişinə cəhd və bunun qarşısının alınmasından sonra isə bütün SSRİ-də fərqli mənzərə yaranmış, müstəqillik tərəfdarlarının mövqeləri güclənmişdi. Elə həmin hadisələrdən bir qədər sonra da Azərbaycan və bir sıra müttəfiq respublikada Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. 2006-cı il dekabrın 8-də Azərbaycan Milli Məclisi Əmək Məcəlləsinə dəyişiklik edir. Həmin dəyişikliyə görə, 18 oktyabr Müstəqillik Günü kimi qalsa da, artıq istirahət günü kimi qeyd edilmir. İstiqlaçı millət vəkilləri 1.İxtiyar Şirinov 2.Firudin Cəlilov 3.Dilarə Əliyeva 4.Füzuli Axundov 5.Aydın Məmmədov 6.Əyyam Musayev 7.Heydər Əliyev 8.Vahid Əhmədov 9.Ramiz Fətəliyev 10.Cümşüd Nuriyev 11.Məmməd Xələfov 12.Etibar Məmmədov 13.Nəriman Həsənzadə 14.İsa Qəmbər 15.Sabir Rüstəmxanlı 16.Tofiq Bağırov 17.Mürşüd Məmmədli 18.Şadman Hüseynov 19.Faiq Baxşəliyev 20.Mirmahmud Fəttayev 21.Ədalət Rəhimov 22.İsgəndər Həmidov 23.Mətləb Mütəllimov 24.Tahir Əliyev 25.Rəhim Qazıyev 26.Tamerlan Qarayev 27.Eldar Bağırov 28.Tofiq Qasımov 29.Məryəm Həsənova 30.Arif Hacılı 31.Tahir Kərimli 32.İsmayıl Şıxlı 33.Yusif Səmədoğlu 34.Maşallah Abdullayev 35.Hacıbaba Əzimov 36.Bayram Bayramov 37.Hicran Kərimli 38.Vaqif Novruzov 39.İbrahim İbrahimli 40.Allahverdi Həsənov 41.Sülhəddin Əkbər 42.Şahmərdan Cəfərov 43.Fərəc Quliyev

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun