Nemət Pənahlı həbs edilib

Nemət Pənahlı həbs edilib
13 Oktyabr 2018
Mətni dəyiş

Milli Azadlıq hərəkatının tanınmış simalarından olan Nemət Pənahlı dünən 30 sutka inzibati qaydada həbs olunub. Bu haqda tanınmış jurnalist hüquq-mudafiəçisi Əvəz Zeynallı öz facebook hesabında status paylaşıb. Sözü gedən statusu olduğu kimi təqdim edirik:

Əvəz Zeynalli "NEMƏT - PƏNAHLIYA 30 SUTKA!

Dünən günorta saat 12.00-dan Nemət Pənahlıdan xəbər alınmayıb. Ailəsi yalnız saat 20.00-dan hadisənin fərqində olub və axtarışlara başlayıb. Bu saatlara qədər Nemət Pənahlıdan xəbər alınmayıb. Yalnız 102-yə müraciət edəndən sonra Nəsimi RPİ-nin 21-ci polis bölməsinin növbətçi əməkdaşı Ramin Salmanov zəng edərək Nemət Pənahlının Nəsimi rayon məhkəməsinin qərarı ilə 30 sutkalıq həbs olundiğunu və Binəqədi müvəqqəti təcridxanasına göndərildiyini deyib. Nemət Pənahlı İXM-nin 535-ci maddəsinə görə həbs olunub. Bu, hakimiyyətin yeni "kəmərsıxma" əməliyyatı deməkdir həm də. Nə etmək istəyirlər, anlaşılmır. Nemət Pənahlıya azadlıq!"

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun