N!DA-çı siyasi məhbus müalicə müəssisəsinə yerləşdirildi

N!DA-çı siyasi məhbus müalicə müəssisəsinə yerləşdirildi
27 Oktyabr 2018
Mətni dəyiş
Bu gün N!DA-çı siyasi məhbus Elgiz Qəhrəman Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilib. Bu barədə Abzas.net-ə N!DA Vətəndaş Hərəkatının mətbuat xidmətindən məlumat verilib. Məlumat üçün bildirək ki, 14 saylı CÇM-də Elgiz "kars"a salınmışdı. Soyuq otaqda taxtanın üstündə yatdığından səhhətində ciddi problemlər yaranmışdı. Elgizin yaxınlarının bildirdiyinə görə, onun böyrəklərində ağrılar başlamışdı. Bir neçə gün əvvəldən isə onda ürək ağrısı yaranmağa başlayıb. Məsələ ictimailəşdikdən sonra bu gün PX-in müalicə müəssisəsinə yerləşdirilib. Elgiz 2016-cı ildə “Bandotdel” tərəfindən saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi 2017-ci ilin yanvarında onu 5,5 il müddətinə azadlıqdan məhrum edib. Elgiz 13 saylı CÇM-ə göndərilib. Elgiz Qəhrəman və NİDA gənc fəalın həbsinin siyasi motivli olduğunu bildirir. 2017-ci ilin noyabr ayında Ali Məhkəmə Elgizin cəzasını 3 ilə endirdi və o, 14 saylı CÇM-ə köçürüldü.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun