Müsavatçıya cinayət işi qaldırıldı, Kürdəxanıya etap olundu

Müsavatçıya cinayət işi qaldırıldı, Kürdəxanıya etap olundu
13 Oktyabr 2018
Mətni dəyiş

Müsavat Partiyasının üzvü Azəd Həsənova cinayət işi qaldırılıb. Dünən Xətai rayon məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Bu gün səhər Azad Həsənov Kürdəxanıdakı 1 saylı İstintaq Təcridxanasına etap edilib.

Bu haqda Bastaya vəkil Osman Kazımov məlumat verib. Azad Həsənovun nədə ittiham olunduğu bilinmir.

**

Litvadan Bakıya qayıtdıqdan sonra özlərini polis kimi kimi təqdim edən mülki geyimli şəxslər tərəfində tutlan və iki gündür harada saxlandığı bilinməyən müsavatçı mühacir Azad Həsənovun vəkil Osman Kazımov bu gün Bakı Baş Şəhər Polis İdarəsində olub.  Lakin BŞBPİ-də vəkilə deyiblər ki, Azad Həsənov burada da yoxdur.

Osman Kazımovun “Basta”ya verdiyi məlumata görə, o, BŞBPİ-də olarkən Daxili İşlər Nazirliyinin 102 xidmətindən Azad Həsənovun burada saxlandığı barədə ailəsinə məlumat verildiyini xatırladıb. Lakin BŞBPİ-dən bildiriblər ki, 102 xidməti yalan məlumat verib.

Son məlumata görə, Azad Həsənov Xətai polisindədir.

Qeyd edək ki, Müsavat Partiyasının Suraxanı rayon təşkilatının üzvü Azad Həsənov ölüm ayağında olan atasını görmək üçün oktyabrın 11-də vətənə dönüb və bundan bir neçə saat sonra evinin yaxınlığında saxlanılıb.  Azad Həsənov 2003-cü ildən Müsavat Partiyasının fəal üzvüdür. O, 2014-cü ilin fevral ayından mühacirətdədir, ailəsi ilə birgə Litvada siyasi sığınacaq alıb.

Müsavat Partayası onun tutulmasını hakimiyyətin repressiya siyasətinin davamı kimi qiymətləndirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun