Müsavat istiqlal günü ilə bağlı tədbir keçirib

Müsavat istiqlal günü ilə bağlı tədbir keçirib
17 Oktyabr 2018
Mətni dəyiş
18 oktyabr – Milli Müstəqillik günümüzün 27-ci il dönümü ilə bağlı bu gün Müsavat Partiyası bayram tədbiri kiçirib. Tədbir Azərbaycan himninin oxunması ilə başlayıb. Daha sonra istiqlalçı millət vəkili Məryəm Həsənova və digər istiqlal şəhidlərinin xatirəsi sayğı duruşu ilə anılıb. Tədbirdə Azərbaycanın milli müstəqilliyinə səs vermiş istiqlalçı millət vəkilləri – Arif Hacılıİsa QəmbərSabir Rüstəmxanlı, Hacıbaba Əzimov, İsgəndər Həmidov, eləcə də Milli Şuranın sədri Cəmil Həsənli çıxış ediblər. Çıxışlarda 1991-ci ilin oktyabrın 18-də Azərbaycanın öz müstəqilliyini elan etməsinin tarixi əhəmiyyətindən danışılıb. Sabir Rüstəmxanlı öz çıxışında qeyd edib ki, “Milli Müstəqilliyin əsas yükünü də, əsas cəzasını da çəkən elə Müsavat Partiyası olub”.  Cəmil Həsənli öz çıxışında istiqlalçı millət vəkillərinə xitabən “Bu gün sizin gününüzdür, o mərhələdə Azərbaycanın tarixini siz yazmısız. Sizi bu bayram münasibəti ilə təbrik edirəm”deyib. Tədbirdə Müsavat başqanı Arif Hacılı istiqlalçı millət vəkillərinə Azərbaycanın müstəqilliyi uğrunda apardıqları fədakar mübarizəyə görə Fəxri Fərman təqdim edib.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun