Gürcüstanda prezident seçkiləri keçirilir - yenilənir [foto-video]

Gürcüstanda prezident seçkiləri keçirilir - yenilənir [foto-video]
28 Oktyabr 2018
Mətni dəyiş

Oktyabrın 28-də Gürcüstanda prezident seçkiləridir. Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, günortaya qədər seçki məntəqələrində dinc şərait hökm sürüb.

Yenilənir...

Prezident seçkilərində səsvermə başa çatıb. Müxtəlif təşkilatların keçirdikləri exit-polların nəticələri açıqlanıb, amma nəticələr fərqlidir. İki exit-pollun qənaətinə görə Salome Zurabişvili və Qriqol Vaşadze arasında ikinci tur gözlənilir.

Hakimiyyətyönlü təşkilatın keçirdiyi exit-poll isə hakim partiyanın dəstəklədiyi Zurabişvili ilk turda qalib gəldiyini bildirir. Hər iki lider namizəd hələlik qələbəni bayram etməyə tələsmir.

Üçüncü yeri tutan namizəd, David Bakradze isə məğlib olduğunu etiraf edib. Bakradze elan edib, ki, seçkilər ikinci tura qalsa Milli Hərəkatın namizədi Vaşadzeni dəstəkləyəcəklər.

“Rustavi2” televiziya kanalının sifarişi əsasında keçirilmiş "exit-poll"un nəticəsinə əsasən, prezident seçkilərinin ikinci turu gözlənilir.

"Exit-poll"a əsasən, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze və müstəqil namizəd Salome Zurabişvilininhər biri 40% səs toplayıb. Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradzenin topladığı səs isə 10% təşkil edib.

"Exit-poll"u “Edison Research”  təşkilatı keçirib və nəticələr saat 16:00-a aiddir.

Hakim Gürcü Arzusu Partiyasının keçirdiyi "exit-poll"un nəticələrinə görə isə S.Zurabişvili 52,3%, Q.Vaşadze 28,1%, D.Bakradze isə 9,2% səs toplayıb.

Partiyanın sifariş etdiyi "exit-poll"u “Psycho-Project” təşkilatı həyata keçirib.

Bir az əvvəl Gürcüstanda prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb.

***

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli və Qardabani rayonlarında seçici fəallığı aşağı olub.

Report-un məlumatına görə, bu barədə Gürcüstan MSK-nın mətbuat katibi Ana Mikeladze bildirib.

O, deyib ki, saat 15:00 üçün Marneulidə seçici fəallığı 23,6%, Qardabanidə isə 23,7% təşkil edib.

Ən yüksək seçici fəallığı isə 47,1% olmaqla, Ambrolauridə müşahidə edilib.

Saat 15:00-a olan məlumata görə, ölkə üzrə seçici fəallığı 30,98% olub.

***

Səhər saat 10.00-da seçici fəallığı 6 faiz təşkil edib. Bu, 2012-ci il parlament seçkiləri ilə müqayisədə 4 faiz azdır. O zaman elektoratın rekord fəallığı qeydə alınmışdı.

Səlahiyyətlərinin son günlərini həyata  keçirən hazırkı prezident Giorgi Marqvelaşvili artıq öz seçimini edib. Marqvelaşvili bildirib ki, seçki bülletenində “bütün Gürcüstan sakinləri üçün prezident olacaq namizədi” qeyd edib.

Marqvelaşvili 5 il müddətində Gürcüstan prezidenti vəzifəsində çalışıb. O, Gürcüstan tarixində könüllü olaraq ikinci müddətə prezidentliyə namizədliyini irəli sürməyib.

Bu seçkinin özəlliyi ondadır ki, xalq səsverməsi ilə keçirilən sonuncu prezident seçkiləri olacaq. Gürcüstan konstitusiyasında edilən dəyişikliklərə əsasən bundan sonrakı prezidentlər parlamentdə  seçiləcək.

Seçki bülletenlərinə 25 namizədin adı daxil edilib. Onlardan 19-nun namizədliyini siyasi partiyalar, 6 nəfərin namizədliyini isə seçicilərin təşəbbüs qrupları irəli sürüb.

Ancaq namizədlərdən 2 nəfərinin ( Akaki Asatiani və Vaxtanq Qabuniya) seçkiyə az qalmış iddialarını geri çəkdiyi bildirilir.

Prezident seçkiləri ilə əlaqədar olaraq 3 min 730 seçki məntəqəsi yaradılıb. Seçicilərin ümumi sayı 3 milyon 518 min 877 nəfərdir. Seçki bülletenləri gürcü, Azərbaycan və erməni dillərində çap olunub.

[embed]https://www.youtube.com/watch?v=JU3DnLEdIR0[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun