Gənc yazar Ceyhun Nəbi saxlanılıb

Gənc yazar Ceyhun Nəbi saxlanılıb
24 Oktyabr 2018
Mətni dəyiş

Yaxın günlərdə Rusiyadan Azərbaycana qayıdan cumhuriyyət tarixi üzrə araşdırmaçı, Klassik Xalq Cəbhəsi Partiyasının fəalı Ceyhun Nəbi oktyabrın 23-də yaşadığı Şəmkir rayonunda saxlanılaraq Bakıya gətirilib.

Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat verib.

Şəmkir rayon Polis Şöbəsi Ceyhun Nəbinin ailəsinə onun saxlanıldığını təsdiq edib. Ceyhun Nəbinin atası Sərdar Nəbiyev də oğlunun saxlanıldığını təsdiq edib.

"Şəmkir rayon Polis Şöbəsindən mənə dedilər ki, Ceyhun Nəbi facebook səhifəsində yazdığı yazılara görə həbs edilib və Bakı şəhərinə aparılıb. Hazırda oğlumun harda olduğunu və başına nə gəldiyini bilmirəm", Sərdar Nəbiyev bildirib.

Fəala qarşı rəsmi ittihamın irəli sürülüb-sürülməməsi hələ məlum deyil. Bununla yanaşı, Ceyhun Nəbinin saxlanılmasının səbəbi ilə bağlı Şəmkir rayon Polis Şöbəsindən məlumat almaq mümkün olmayıb.

Ceyhun Nəbi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə bağlı "Sovetlərlə üz-üzə" adlı kitabının müəllifidir.

Onun facebook səhifəsində  Azərbaycan iqtidarının tənqidinə yönəlmiş çoxsaylı statuslar var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun