Elmar Məmmədyarov və Con Bolton arasında danışıqlar başlayıb

Elmar Məmmədyarov və Con Bolton arasında danışıqlar başlayıb
24 Oktyabr 2018
Mətni dəyiş

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Con Bolton Azərbaycanda səfərdədir.

Məlumata görə, Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton arasında görüş başlayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Milli təhlükəsizlik müşaviri Bolton bu gün – oktyabrın 24-də Bakıya səfər edib. Daha sonra onun Yerevana və Tbilisiyə gedəcəyi bildirilir. Diplomat Azərbaycandan əvvəl Rusiyada olub.

Bu, Trump administrasiyasından regiona indiyədək ən yüksək profilli səfəri sayılır.

Bolton deyib ki, səfərinin məqsədi regional təhlükəsizlikdir.O, səfərdən öncə bir müsahibəsində qeyd edib ki, “Qafqaza bu ölkələrin İran, Rusiya və Türkiyəyə dair coğrafi rollarını öyrənməyə” gəlir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun