"Azərbaycanın hesabına idxal-ixracdakı fərqi 1.5 milyard dollar azaldacağıq "

"Azərbaycanın hesabına idxal-ixracdakı fərqi 1.5 milyard dollar azaldacağıq "
24 Oktyabr 2018
Mətni dəyiş

Türkiyə dövlət idxal-ixrac arasındakı kəsrinin 1.5 milyard dollarını Azərbaycanın investisiyası hesabına ödəyəcək.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan partiyasının Böyük Millət Məclisindəki toplantısında danışıb. Bu barədə BBC Azərbaycanca məlumat yayıb.

Erdoğan STAR neft emalı zavodunun açlışını ölkəsi üçün kritik bir investisiya hesab etdiyini deyib.O bildirib ki, bu istehsal müəsissəsi Avropa, Orta Şərq və Şimali Afrika bölgəsindəki ən böyük neft emalı müəssisələrindən biridir.

Erdoğan deyib ki, ötən həftənin cümə günü Türkiyənin İzmir şəhəri yaxınlığında açılan STAR neft emalı zavodu Azərbaycanın 6.3 milyard dollarlıq investisiyası hesabına başa gəlib.

Zavodun əhəmiyyətindən danışan prezident deyib ki, bununla da Azərbaycanın Türkiyədəki investisiyası 10 milyard dolları keçib.

Zavodun istahsalından böyük mənfəət əldə olunacağını deyən Erdoğan bununla Türkiyənin idxal-ixrac əməliyyatlarındakı fərqin 1.5 milyard dollarlıq hissəsinin ödəniləcəyini bildirib.

Star neft emalı zavodunun səhmlərinin 60 faizi Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR Turkey Enerji A.Ş.), 40 faizi isə Azərbaycanın İqtisadiyyat Nazirliyinə məxsusdur.İqtisadi şərhçilərin sözlərinə görə zavod tam işə düşdükdən sonra illik 250 milyon dollar xalis mənfəət əldə edəcək.

Zavodda 1100 nəfər işçi çalışacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun