AXCP üzvünə 30 sutka inzibati həbs verilib

AXCP üzvünə 30 sutka inzibati həbs verilib
27 Oktyabr 2018
Mətni dəyiş

Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) verilən məlumata görə, bu partiyanın fəallarından İbrahim İbrahimli saxlanıb

AXCP-nin mətbuat xidmətinin məlumatına görə, partiyanın Binəqədi şöbəsinin üzvü İbrahim İbrahimli bir neçə gün öncə qeydiyyatda olduğu Tovuz rayonunda saxlanıb. Oktyabrın 25-də isə ona 30 sutka inzibati həbs cəzası verildiyi haqqında məlumat alıblar.

Mətbuat xidmətinin açıqlamasına görə, onun yaxınlarına bildiriblər ki, İbrahim İbrahimli polis əməkdaşının qanuni tələbinə əməl etməməkdə günahlandırılıb. Ona rayon məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ittiham irəli sürüldüyü bildirilib.

AXCP-nin məlumatında İbrahimlinin həbs edildikdən sonra atasının da vəfat etdiyi qeyd edilir.

Bütün bu deyilənlərə, hələlik, Tovuz Rayon Polis Şöbəsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun