Türkiyə ordusunun tankları Afrinə daxil oldu

Türkiyə ordusunun tankları Afrinə daxil oldu
21 Yanvar 2018
Mətni dəyiş

Türkiyə tankları Suriyanın Afrin bölgəsinə daxil olub və "Azad Suriya ordusu" müxalifət birləşmələrinə dəstək göstərir. Bildirilir ki, quru əməliyyatları zamanı Türkiyə ordusu ciddi müqavimətlə üzləşməyib. YPG terrorçuları ətraf kənd və qəsəbələrə geri çəkiliblər.

Bu barədə "Hürriyət" nəşri yazıb.

Xatırladaq ki, Türkiyə şənbə günü Afrində Suriyanın silahlı kürd dəstələrinə qarşı əməliyyatlara başlayıb. Terrorçuların mövqelərinə havadan zərbələr endirilib. Eyni zamanda Suriyanın müxalifətdən olan "Azad Suriya ordusu" qruplaşması bazar günü ölkənin şimalında yerləşən Afrin rayonunda genişmiqyaslı əməliyyatlara başlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun