Səməd Seyidov növbəti dəfə AŞPA-nın vitse-prezidenti seçilib

Səməd Seyidov növbəti dəfə AŞPA-nın vitse-prezidenti seçilib
22 Yanvar 2018
Mətni dəyiş

Yanvarın 22-də Avropa Şurası Parlament Assambleyasında qış sessiyası çərçivəsində prezident və vitse-prezident seçkiləri keçirilib.

Abzas.net xəbər verir ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti vəzifəsinə seçilib.

Səməd Seyidovdan başqa daha 17 deputat vitse-prezident postunda təmsil olunacaq.

AŞPA-nın prezidenti postuna İtaliyadan olan deputat Michele Nikoletti seçilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun