Liviyada iki partlayış baş verib: azı 33 ölü, 71 yaralı var

Liviyada iki partlayış baş verib: azı 33 ölü, 71 yaralı var
24 Yanvar 2018
Mətni dəyiş

Liviyanın Benqazi şəhərində iki partlayış baş verib.

Abzas.net xəbər verir ki, bu barədə Rusiyaa KİV-i məlumat verib.

Məlumata görə, Benqazinin Salman rayonunda qısa müddət fərqlə iki minalanmış avtomobil partladılıb.

Partlayışlar nəticəsində ən azı 33 nəfər ölüb. Daha 71 nəfərin yaralandığı bildirilir. Yaralananlar arasında Liviyanın əks-kəşfiyyat rəisi general Mehdi Falah da var.

Terror aktı məscidin qarşısında törədilib. Hadisə dindarlar məsciddən çıxarkən baş verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun