Finlandiyada prezident seçkilərində hazırki prezident qalib olub

Finlandiyada prezident seçkilərində hazırki prezident qalib olub
29 Yanvar 2018
Mətni dəyiş

Yanvarın 28-də Finlandiyada prezident seçkiləri keçirilib.

Abzas.net Rusiya KİV-ə istinadən xəbər verir ki, seçiklərdə hazırki prezident Sauli Niinisto qalib gəlib.

Bu barədə Finlandiyanın Ədliyyə Nazirliyi məlumat verib.

Bildirilir ki, hazırki prezident Sauli Niinisto səslərin 62.7 faizini qazanaraq böyük üstünlüklə qalib gəlib. Onun rəqibləri olan digər namizədlərdən heç biri 15 faizi keçə bilməyib.

Seçkilərin yekun nəticələri yanvarın 30-da elan ediləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun