AŞPA-nın yeni prezidenti seçilib

AŞPA-nın yeni prezidenti seçilib
22 Yanvar 2018
Mətni dəyiş

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidentinin kimliyi bəlli olub.

Abzas.net xəbər verir ki, AŞPA-nın bu gün başlayan qış sessiyasında italiyadan olan deputat Michele Nikoletti qurumun yeni prezidenti seçilib.

AŞPA-nın keçmiş prezidenti Pedro Agramunt-un istefasından sonra quruma müvəqqəti olaraq Avropa Xalq Partiyası qrupundan (EPP) xanım Stella Kyriakides rəhbərlik edirdi.

2017-ci ildə Pedro Agramunt Suriyaya səfər etmiş və Suriya prezidenti Bashar al Assad-la görüşdüyünə görə, AŞPA deputatlarının sərt tənqidi və istefa çağırışları ilə üzləşmişdi.

Daha sonra AŞPA-nın prezidentinin, vitse-prezidentlərinin və komitə sədrlərinin vəzifələrindən çıxarıla bilməsi məqsədilə qurumun daxili qaydalarına dəyişiklik edilməsini nəzərdə tutan sənəd qəbul edilib. Məhz bundan sonra, oktyabrın 6-da Pedro Agramunt istefa vermək qərarına gəlmişdi.

Agramunt-un adı həm də Azərbaycan hakimiyyətinin qərbdəki dostları siyahısında hallanır. Tənqidçilər onu Bakı və Moskvanın maraqlarını müdafiə və təbliğ etməkdə ittiham edirlər.

Agramunt-un keçmiş müavini Luka Volonte-nin Azərbaycan nümayəndələrindən pul almasına dair ittihamlardan sonra İtaliyada cinayət işi başlanılıb və hal-hazırda İtaliya məhkəməsində araşdırılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun