Zakir Qaralov: "Müxalifət xarici havadarlarından pul alıb qanunsuz yolla Azərbaycana gətirmək istəyir"

Zakir Qaralov: "Müxalifət xarici havadarlarından pul alıb qanunsuz yolla Azərbaycana gətirmək istəyir"
30 Sentyabr 2017
Mətni dəyiş

"Biz dəfələrlə bəyan etmişik ki, özlərini müxalifət adlandıran Qeyri-Hökumət Təşkilatları, müxtəlif qəzetlər Azərbaycan qanunlarına hörmət etməlidirlər"

Abzas.net xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın baş prokuroru Zakir Qaralov deyib.

Prokuror bildirib ki, qarşıda məhkəmə prosesləri var. Ona görə bunu şərh etmək istəmir.

"Öz fəaliyyətlərində istər vergi, istərsə də gömrük qanunvericiliyinin tələblərini pozmalı deyillər. Müxalifət, Qeyri-Hökumət Təşkilatları öz xarici havadarlarından ölkə daxilində pul ala bilmədiklərindən həmin pulu digər ölkələrdə əldə edərək Azərbaycana gətirmək istəyirlər. Biz də bunun qarşısını alırıq" - deyə Qaralov əlavə edib.

Gözəl Bayramlı...

Dövlət Sərhəd Xidməti mayın 25-də, AXCP sədrinin müavini Gözəl Bayramlının əl yükünə baxış keçirilərkən "bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaitinin aşkar olunaraq" götürüldüyünü deyib.

Gözəl Bayramlı bundan əvvəl məhkəmə çıxışında bu pulu axtarışa aparan hüquq-mühafizə əməkdaşlarının onun əşyalarının içinə yerləşdirdiyini deyib. O, Gürcüstana müalicə məqsədilə getdiyini bildirib.

AXCP lideri Əli Kərimli Gözəl Bayramlının saxlanılmasını "siyasi sifariş" adlandırıb.

Əfqan Muxtarlı...

Jurnalist Əfqan Muxtarlı Gürcüstanda yaşayırdı. Onun Gürcüstanda oğrulandığı xəbəri yayılır. Bir neçə saat sonra Bakıda, Dövlət Sərhəd Xidmətində tapılır.

Dövlətin məlumatına görə, Əfqan Muxtarlı mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Əfqan Muxtarlı dövlətin iddialarını təkzib edir və mayın 29-u saat 18:00 radələrinə yaşadığı Gürcüstan paytaxtı Tbilisidən oğurlanaraq Azərbaycana aparıldığını deyir.

Əfqan Muxtarlı Gürcüstanda saxlandığı və Azərbaycana aparıldığı gün döyüldüyünü və daha sonra cibinə 10 min avro qoyulduğunu deyib.

O, Facebook-da tənqidi statusları və jurnalistika fəaliyyətinə görə həsb edildiyini deyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun