Zakir Həsənov cəbhə bölgəsində geniş kollegiya iclası keçirib

Zakir Həsənov cəbhə bölgəsində geniş kollegiya iclası keçirib
21 Sentyabr 2017
Mətni dəyiş

Müdafiə Nazirliyinin cəbhə bölgəsində döyüş və mənəvi-psixoloji hazırlıq, eləcə də təlimlərin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Abzas.net xəbər verir ki, rəhbər heyət, birlik, birləşmə komandirləri, onların müavinləri, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri, digər məsul zabitlərin iştirakı ilə kollegiya iclasda məsul şəxslərin məruzələri dinlənilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Silahlı Qüvvələrin 2017-ci qış tədris dövründə xidməti döyüş fəaliyyətinin nəticələri” mövzusunda məruzə ilə çıxış edib.

Təlimlərin nəticələrini təhlil edən müdafiə naziri bildirib ki, prezident İlham Əliyevin təsdiq etdiyi plana əsasən müxtəlif poliqonlarda keçirilən təlimlərdə qarşıya qoyulan məqsəd və vəzifələr uğurla yerinə yetirilib.

Z.Həsənov bildirib ki, ali baş komandanın Dağlıq Qarabağ problemi ilə əlaqədar səsləndirdiyi fikirlər ordu üçün tapşırıq, bütün şəxsi heyət üçün birbaşa əmrdir.

"Azərbaycan Silahlı Qüvvələri ən müasir və keyfiyyətli silah və avadanlıqlarla təchiz olunub. Bu, ali baş komandanın orduya göstərdiyi ən ali diqqət və qayğıdır" - deyə nazir bildirib.

Cəbhəboyu zonada mövcud vəziyyət barədə danışan müdafiə naziri hər an aktiv döyüşlərə hazır olmaq, düşmənə rahatlıq verməmək, onun fəaliyyətini daim nəzarətdə saxlamaq, istənilən hərəkətlərinin qarşısını qabaqcadan qətiyyətlə almaq və ona maksimum ciddi zərər vurmaq məqsədilə ön xətdə yerləşən birləşmə komandirlərinə konkret tapşırıqlar verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun