Xədicə İsmayıla mükafat almaq üçün ölkədən çıxmağa imkan verilmədi

Xədicə İsmayıla mükafat almaq üçün ölkədən çıxmağa imkan verilmədi
26 Sentyabr 2017
Mətni dəyiş

Araşdırmaçı jurnalist Xədicə İsmayılın 28 sentyabrla bağlı şikayətinə məhkəmə oktyabrın 9-da baxacaq. 

Abzas.net xəbər verir ki, Xədicə İsmayıl ölkədən çıxışına qoyulan qadağanın götürülməsi üçün məhkəməyə müraciət etmişdi. Binəqədi Rayon Məhkəməsi onun iddiası təmin etmədiyindən jurnalist apelyasiya şikayəti vermişdi.

Sentyabrın 25-də Bakı Apelyasiya Məhkəməsində işə baxılıb və proses oktyabrın 9-a təxirə salınıb.

Xədicə İsmayıl korrupsiya ilə mübarizə sahəsində “Allard Prize” mükafatına 3 əsas namizədlərdən biri olduğundan sentyabrın 28-də Kanadada keçiriləcək mükafatın təqdimat mərasiminə dəvətlidi.

Bu səbəbdən jurnalist ölkədən çıxışına qoyulan qadağanın götürülməsi üçün məhkəməyə müraciət etmişdi.

Məhkəmə dünən işə baxıb və sentyabrın 28-nə bağlı tədbir üçün müraciətə tədbirdən 11 gün sonra keçiriləcək prosesdə aydınlıq gətiriləcəyini bildirib.

Azərbaycandan çıxışına qadağa qoyulan araşdırmaçı jurnalist Xədicə İsmayıl bu gün daha bir nüfuzlu mükafata - "Alternativ Nobel Mükafatı"na (Right Livelihood Award) dürüstlüyə görə – layiq görülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun