Vətəndaş Həmrəyliyi Partiyasının qurultayının vaxtı məlum olub Abzas.netə bu barədə VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli məlumat verib. Bununla bağlı Ali Məclisin sessiyası çağırılıb.
"Partiyanın Siyasi Şurasının toplantısında VHP-nin qurultayının noyabrın 24-nə təyin edilməsi haqqında qərar verilib. Bununla bağlı Ali Məclisin sessiyası çağırılıb." - deyə VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib.
S. Əsədli əlavə edib ki, sentyabrın 26-da isə partiyanın yaranmasın 25 illiyi qeyd ediləcək.