'Turan'ın vergi sanksiyalarını bərpa edən departament rəisi işdən çıxarılıb

'Turan'ın vergi sanksiyalarını bərpa edən departament rəisi işdən çıxarılıb
21 Sentyabr 2017
Mətni dəyiş

Vergilər Nazirliyinın bir neçə departamentinin rəhbər vəzifələrində kadr dəyişikliyi baş verib. 

Məlumata görə, bu barədə nazir Fazil Məmmədov əmr imzalayıb. Əmrə əsasən, Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinin rəisi Nəsimi Əsgər oğlu Nəfərov vəzifəsindən azad edilib. Həmçinin, F.Məmmədovun digər əmri ilə Nazirliyin Daxili Təhlükəsizlik Departamentinin baş direktoru Vüqar İsmət oğlu İsmayılov vəzifəsini itirib.

Daxili Təhlükəsizlik Departmentinə hələlik təyinat yoxdir. Nəsimi Cəfərov isə Əlaqələndirmə Departamentinin baş direktoruna müavin təyin edilib.

N.Cəfərov bundan əvvəl Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinə rəhbərlik edib.

Lokal Gəlirlər Departamenti 2016-cı ilin mayında "Turan"a 4 min manatlıq sanksiya qoyub. Agentliyin inzibati şikayətindən sonra Vergilər Nazirliyi bu qərarı ləğv edib.

Daha sonra elə həmin departament 7 avqust 2017-ci ildə "Turan"a qarşı 2016-cı il üçün 9 min manat, 2014-2016-cı illər üçün 37 min manat vergi hesablayaraq cinayət işi qaldırıb.

Avqustun 25-də agentliyin direktoru Mehman Əliyev həbs edilib, sentyabrın 11-də isə həbs qətimkan tədbiri dəyişdirilərək sərbəst buraxılıb.

Sentyabrın 16-da Bakı şəhər Lokal Vergilər Departamenti 2014-2016-cı illər üzrə “Turan”a təyin etdiyi 37 min manat (22 min dollar) məbləğində əlavə vergi sanksiyasını ləğv etdiyi ilə bağlı agentliyə məktub göndərib.

Sentyabrın 19-da isə Bakı şəhər Lokal Vergilər Departamentindən elektron məktub daxil olub. Məktubda bildirilib ki, “Turan” İnformasiya Agentliyinə 2014-17-ci illərə aid vergi sanksiyaları yenidən bərpa edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun