S.Schennach: 'Qobustan həbsxanasını heç kimə arzulamazdım, tezliklə qapadılacaq'

S.Schennach: 'Qobustan həbsxanasını heç kimə arzulamazdım, tezliklə qapadılacaq'
17 Sentyabr 2017
Mətni dəyiş

Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Schennach və Sezar Florin Preda sentyabrın 16-da bir neçə siyasi məhbusla həbsxanalarda görüşüblər.

Abzas.net xəbər verir ki, həmməruzəçilər həbsdə olan jurnalist Əziz Orucov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, bloqqer Mehman Hüseynov və Qobustan qapalı həbsxanasında Taleh Bağırzadə, Abbas Hüseyn və digər 3 məhbusla görüşüblər.

Bu barədə həmməruzəçi Stefan Schennach məlumat yayıb. AŞPA depuatatı bildirib ki, Qobustandakı 5 məhbusun məsələsini araşdırıb: "Qobustan həbsxanasında heç kimə bir gün də qalmağı arzulamazdım, amma tezliklə qapadılacaq".

Sentyabrın 14-də Azərbaycana səfər edən AŞPA həmməruzəçiləri prezident İlham Əliyevlə, bir sıra deputatlarla görüşüb. Stefan Schennach və Sezar Florin Preda həmçinin sentyabrın 11-də məhkəmədən azadlığa buraxılan Mehman Əliyevlə Turan İnformasiya Agentliyinin ofisində görüşüblər.

Bundan əlavə, həmməruzəçilər vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlərlə görüşüb Azərbaycanda medianın, QHT-lərin və siyasi məhbusların vəziyyəti ilə bağlı mövzular ətrafında müzakirələr aparıblar.

[caption id="attachment_46765" align="aligncenter" width="1000"] Stefan Schennach[/caption]

Həmməruzəçilər səfərdən öncə sentyabrın 4-dən 7-nə kimi Parisdə keçirilən AŞPA Monitorinq Komitəsinin iclasında Azərbaycanda demokratik təsisatların fəaliyyətinə dair hazırladıqları məruzəni təqdim ediblər. Məruzə qəbul edilib. Bundan sonra AŞPA Monitorinq Komitəsi açıqlama da yaymışdı.

Açıqlamada Azərbaycan hakimiyyətilə davam edən dialoq bəyənilirdi. Bununla belə bir sıra ləngimələr, məhkəmə sisteminin funksiyası və ifadə azadlığı ilə bağlı narahatlıqlar ifadə edilirdi.

Komitə xüsusilə təəssüf edirdi ki, bir il öncə baş vermiş konstitusiya dəyişiklikləri icra hakimiyyətinin parlamentə daha az hesabat verməsinə imkan yaradır.

Komitə Azərbaycan hökumətinin 2012-2014-cü illərdə irimiqyaslı “pul yumaq” sxemində iştirakı və xüsusilə, bunun Azərbaycanda insan haqları ilə bağlı AŞPA əməkdşalarının işinə təsir etməsi kimi iddiaların narahatlıq doğurduğunu da ifadə edib.

Azərbaycanla bağlı həmməruzəçilərin hazırladığı məruzə oktyabrın 9-dan 13-nə kimi çəkəcək AŞPA-nın payız sessiyasında müzakirə olunmalıdır.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Bu quruma üzv olarkən Azərbaycan insan haqları, azad seçkilər, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və daha bir çox məsələlərlə bağlı üzərinə öhdəliklər götürüb. Azərbaycan, hələ də qurumun monitorinqi altındadır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun