İndiki Ermənistan prezidenti Serzh Sarkisianın baş nazir olmaq planını pozmaq hələ ki, müxalifətdə olan “Yelk” blokunun gündəliyində deyil.
Amma o qeyd edib ki, blok Serzh Sarkisianın baş nazir kimi hakimiyyətini davam etdirməsini birmənalı şəkildə qıbuledilməz sayır.
Sarkisian deyib ki, prezident hələlik baş nazir olmaq istəməsi barədə bir söz demədiyindən onlar gümanlara əsaslanaraq addım ata bilməzlər.
Amma Aram Sarkisian deyib ki, əgər lazım gəlsə, onlar Serzh Sarkisianın planını pozmaq üçün xalqı səfərbər etməyə hazırdırlar.
Deputat qeyd edib ki, o çox istərdi ki, Serzh Sarkisian bu dəfə, nə baş nazir, nə parlamentin sədri, nə də prezident olmayacağı ilə bağlı, 2015-ci ildə konstitusiya referendumu ərəfəsində verdiyi vədi yerinə yetirsin.
O deyib ki, Ermənistan Rusiya, Qazaxıstan,Belarus və Azərbaycandan nümunə götürə bilməz.
Amma Aram Sarkisian, hakim partiyadan kimin baş nazir olmasının fərqi olmayacağını deyən blokdakı həmkarı Gevork Gorgisyan-la da razılaşmır, deyir ki, fərq çox böyükdür: ”Təəssüf ki, yalnız bir şeylə fərqlənir. Heç olmasa bizim ölkəmizdə hakimiyyət dəyişir”.
Aram Sarkisian deyib ki, “Qarabağ problemi” kimi məsələsi olan ölkə qətiyyən belə etməməlidir, Sarkisian bu dəfə vədinə əməl etməli, hakimiyyətə gəlməməlidir.
Deputat bildirib ki, hazırda “Yelk” blokunun qarşısında duran 1 nömrəli tapşırıq Serzh Sarkisianın 3-cü müddətə namizədliyinin verilməsindən doğacaq təhlükəni göstərməkdir.
Hələlik Sarkisianın namizədliyi verilmədiyindən buna qarşı mübarizə aparmaq blokun gündəliyində duran əsas məsələ deyil.
O qeyd edib ki, bunun əvəzində blokun gündəliyində Ermənistanın Avrasiya iqtisadi birliyindən çıxması məsələsi durur və müxalifət qüvvələri Rusiyanın rəhbərlik etdiyi bu qurumdan çıxmağa əsas verən sənədlər dərc edib.
Müxalifət hesab edir ki, Ermənistan bu birliyə qoşulduqdan sonra bir sıra sahələrdə tənəzzül qeydə alınıb, 3 il ərzində ümumdaxili məhsul 8% azalıb. Məşğulluğun səviyyəsi 13% aşağı düşüb, beynəlxalq ehtiyatlar 40% azalıb, Ermənistanın dövlət borcu isə 10 % artıb.
Sənəddə həmçinin qeyd edilir ki, Avrasiya iqtisadi birliyinə qəbul olmaq,Gürcüstan və İran da daxil olmaqla Ermənistanın 3-cü ölkələrlə iqtisadi əlaqələrini məhdudlaşdırır.
“Yelk” bloku hesab edir ki, bu birliyə qoşulduqdan sonra Ermənistanın təhlükəsizliyi də möhkəmlənməyib.
Blok deyir ki, Avrasiya iqtisadi birliyinin üzvləri yuxarı səviyyələrdə Azərbaycanın mövqeini müdafiə etməklə Qarabağ probleminin dinc yolla həllinə kömək etmirlər, Ermənistanın Strateji müttəfiqi Rusiya isə Azərbaycanı silahlandırmaqda davam edir.
“Yelk” bloku deyir ki, bu üzvlükdən sonra Ermənistan 2016-cı ilin aprel döyüşlərində “xeyli ərazi itirib”.