Sakashvili: 'Qanuni şəkildə Ukraynadayam, pasportum polis tərəfindən oğurlanıb'

Sakashvili: 'Qanuni şəkildə Ukraynadayam, pasportum polis tərəfindən oğurlanıb'
11 Sentyabr 2017
Mətni dəyiş

Sentyabrın 10-da Ukrayna sərhədini keçən Odessanın keçmiş qubernatoru Mikheil Saakashvili qanuni şəkildə Ukrayna ərazisində olduğunu bildirib.

Abzas.net xəbər verir ki, bu barədə Sakashvili Lvov şəhərində keçirdiyi brifinqdə danışıb. Onun sözlərinə görə, Polşa sərhədini leqal Ukrayna pasportu ilə keçib.

"Polyaklar ona möhür vurdular. Gəldim ukraynalıların yanına, Ukrayna sərhədçiləri mənim pasportumu yoxlanış üçün götürmək istəmədilər. Dedilər ki, "biz sizin pasportu götürməyəcəyik. Bu zaman mən Dövlət Miqrasiya xidmətinə yazdığım ərizəni təqdim etdim. Ona da baxmadılar".

Polis pasportumu oğurlayıb

Daha sonra Gürcüstanın keçmiş prezidenti pasportunun polis tərəfindən oğurlandığını vurğulayıb:

"İnsanlar məni əllərində Ukraynaya keçirdərkən, mən pasportumu avtobusda qoymuşdum. Polis gəldi, avtobusda axtarış apardı və mənim pasportumu oğurladı. İndi onun harada olduğunu bilmirəm."

Qanuni olaraq Ukraynadayam

Saakashvili vəkili tərəfindən Dövlət miqrasiya xidmətinə müraciət edildiyini bildirib:

"Bugün səhər vəkilim Ukrayna miqrasiya xidmətinə Ukrayna dövləti tərəfindən müdafiə olunmağımla bağlı müraciətimi təqdim edib. Yəni ki, hal-hazırda mən qanuni şəkildə Ukrayna ərazisindəyəm."

Mikheil Saakashvili öncədən bəyan etmişdi ki, sentyabrın 10-u Ukraynanaya qayıdacaq. O, Ukrayna pasportu ilə səyahət etdiyini bildirmişdi, baxmayaraq ki, iyul ayında prezident Petro Poroshenko onu Ukrayna vətəndaşlığından məhrum etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun