Odessanın keçmiş qubernatoru Mikheil Saakashvili-yə sərhədçilərdən ibarət zənciri yararaq ölkəyə daxil olmağına köməklik göstərmiş tərəfdarlarının həbsinə başlanılıb.
Abzas.net xəbər verir ki, bu barədə Saakashvili-nin tərəfdaşlarından olan David Sakvarelidze öz "Facebook" hesabında yazıb.
Sakvarelidze bildirib ki, Saakashvili-yə kömkəlik etmiş tərəfdarları həbs edilir:
"Dünən Saakashviliyə sərhədi keçməyə köməklik etmiş tərəfdarların kütləvi həbsinə başlanılıb. Çerkass və İvano-Frankovskda fəallar həbs olunub."
Bu məsələyə münasibət bildirən deputat, Ukrayna Daxili İşlər Nazirliyinin kollegiya üzvü Anton Gerashenko Sakvarelidze-ni yalan danışmaqda ittiham edib.
Gerashenko-nun sözlərinə görə, yalnız bir nəfər həbs edilib, onun da videoda sərhədçiləri döydüyü və itələdiyi açıq-aşkar görünür.
"Sakvarelidze hər zamankı kimi yalan danışır. Yalnız bir nəfər həbs olunub. O da Aleksander Burtsev-dir. Həbs səbəbi isə çox aydınıdr. Burtsev hər kəsin gözü qarşısında sərhədçiləri döyür və itələyir, və bunu qarşılığında cəzasız qaldığı ilə lovğalanırdı."