Rusiyanın Kamçatka sahillərində bir-birinin ardınca iki zəlzələ baş verib.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, 4,6 bal gücündə ilk zəlzələKomandor adaları yaxınlığında qeydə alınıb. Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatsk şəhərindən 716 km şimalda, ocağı 174 km dərinlikdə yerləşib.
Episentri Kronotskiy burnu yaxınlığında yerləşən 4,0 maqnitudalı ikinci zəlzələ Petropavlovsk-Kamçatsk şəhərindən 356 km şimalda qeydə alınıb, yeraltı təkanların ocağı 21 km dərinlikdə yerləşib.
Yaşayış məntəqələrində zəlzələ hiss edilməyib.