Robert Sekuta: "Münaqişənin həlli Azərbaycan və Ermənistan prezidentlərindən asılıdır"

Robert Sekuta: "Münaqişənin həlli Azərbaycan və Ermənistan prezidentlərindən asılıdır"
8 Sentyabr 2017
Mətni dəyiş

"Azərbaycan Rusiya və ABŞ-ın münaqişəni həll etmək üçün birgə çalışdığı azsaylı ölkələrdən biridir."

Abzas.net xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın qələmə aldığı məqalədə deyilir.

"ABŞ münaqişənin diplomatik həllinin tapılması üçün Fransa və Rusiya ilə birgə işləyir. Səfirlər iki ölkənin liderlərini bir araya gətirmək iqtidarındadırlar. Bununla belə, münaqişənin həlli Azərbaycan və Ermənistanın liderlərindən asılıdır", - diplomat bildirib.

Səfir məqaləsində Dağlıq Qarabağ münaqişəsinin tarixi ilə bağlı məlumatlar təqdim edib, həmçinin Azərbaycanı terrorizmlə mübarizədə mühüm tərəfdaş adlandırıb.

R.Sekuta Azərbaycanla birgə həyata keçirilən neft-qaz sənayesi sahəsindəki böyük layihələr barədə məlumat verib və 40 milyard dollar dəyərində olan TAP layihəsini xüsusi vurğulayıb.

R.Sekuta məqalədə Azərbaycanın təbii sərvətindən də söz açıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun