REAL partiyaya çevrilmək üçün keçirəcək qurultayın vaxtını açıqladı

REAL partiyaya çevrilmək üçün keçirəcək qurultayın vaxtını açıqladı
25 Sentyabr 2017
Mətni dəyiş

Respublikaçı Alternativ Partiyasının Təşəbbüs Qrupu 24 sentyabrda keçirdiyi toplantısında təşkilatın qurultayının vaxtını dəqiqləşdirib.

Abzas.net xəbər verir ki, ReAl partiyalaşma ilə bağlı qurultayını qarşıdan gələn 29 oktyabrda keçirmək niyyətindədir.

Respublikaçı Alternativ Partiyası Təşkilat Komitəsinin üzvü Natiq Cəfərli bildirib ki, hərəkatın partiyaya çevrilməsi artıq çoxdan onların gündəmindədir:

"Bu hazırlıqlar bir müddət öncə başlayıb, sadəcə buna bir zaman lazım idi. Hesab edirik ki, hərəkat yarandığı 8 il ərzində özünü bütün ölkəboyu ciddi qurum kimi tanıdıb, bu yöndə uğurlar qazanıb. İndi isə partiya formatında ciddi strukturlaşma zərurəti yaranıb və odur ki, haqqında danışılan qərar qəbul edilib".

Hərəkatın icra katibinin sözlərinə görə, bu məsələ ilə əlaqədar sentyabrın 24-də hərəkatın rayonlardan və Bakıdan gələn təmsilçilərinin iştirakı ilə Təşəbbüs Qrupunun toplantısı olub və orada bu qərar yekdilliklə qəbul edilib.

Xatırlatma

REAL Hərəkatı 2009-cu ildə təsis edilib. Hərəkatın sədri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələrin ilə bağlı həbs edilib. O, kütləvi iğtişaşların təşkilində ittiham edilərək, məhkəməmin qərarı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsdən azad olunması ilə bağlı qərar verib. Ancaq o, hələ də, azadlığa buraxılmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun