"Bu, Bakıda ilk oyunumzdur. Hamımız üçün önəmli olduğunu düşünrəm. Belə bir görüşün Bakıda keçirilməsi şəhərimiz, ölkəmiz, eləcə də futbolumuz üçün önəmlidir. "Roma"nı bəlkə də kimlərsə silirdi. Lakin bu komandanın oyununu gördüm. Çox peşəkar komandadır. Çalışacağıq ki, müsbət nəticə əldə edək".
Abzas.net xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində İtaliya təmsilçisi "Roma" ilə oyundan öncə təşkil edilən mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis "Azərsun Arena"da baş tutan tədbirdə jurnalistlərin suallarını da cavablandırıb.
- 65 min azarkeş önündə oynamaq necə hissdir?
- Təzyiq həmişə olur. Avropa təcrübəmiz olsa da, bunlar tam fərqli turnirlərdir. Stadion məsələsi çox müzakirə olundu. Buna bir daha toxunmağa gərək yoxdur. Nə qədər çox azarkeş önündə çıxış etsək, futbolçular bir o qədər inamlı oynayarlar. Bəzi məğlubiyyətlər böyümək üçün bizə lazımdır. Bundan nəticə çıxarmalıyıq. İlk oyunda 0:6 hesabı ilə uduzsaq da bu görüşə ysxşı hazırlaşmışıq. Daha yaxşı çıxş etməyə çalışacağıq.
- Miçel Madeyranın cərimə olunması xəbəri doğrudur?
- O, dünən cəzalanıb. Belə şeylər bağışlanılmır. Lakin idmanda belə şeylər olur. Hətta özümdə də olur. Bunu normal qarşılayıram. Klubda yaratdığımız nizam-intizamdan uzaqlaşmamalıyıq. Miçel peşəkar futbolçularımızdan biridi. Sabah da meydanda olma ehtimalı çoxdur.
- Ansi Aqolinin durumu necədir?
- Hər şey pozitivdir. Son qərarı sabahkı məşqdən sonra verəcəyik. Bəzi mövqelərlə bağlı fikirlərimiz var.
- Belə oyunlarda kiminsə haqqını əlindən almaq düzgün olmaz. Kim hazırdırsa, o da oynayacaq.