Prokurorluq: “Turan” barədə hər hansı məhdudiyyət tədbirləri keçirilmir

Prokurorluq: “Turan” barədə hər hansı məhdudiyyət tədbirləri keçirilmir
19 Sentyabr 2017
Mətni dəyiş

“Turan” İnformasiya Agentliyində aparılan yoxlamalarla bağlı bəzi kütləvi informasiya vasitələrində yayılmış informasiyalar həqiqəti əks etdirmir”

Abzas.net Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən məlumat verir ki, hazırda Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində cinayət işinin istintaqı davam etdirilir və nəticəsi barədə əlavə məlumat veriləcək.

Əlavə edilib ki, “Turan” İnformasiya Agentliyi barədə hər hansı məhdudiyyət tədbirləri keçirilmir.

Sentyabrın 19-u səhər saatlarında Turan İnformasiya Agentliyi məlumat yaymışdı ki, Vergilər Nazirliyi "Turan"a sanksiyaları bərpa edib, ola bilər bank hesabları dondurulsun.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun