Prezident həqiqətən də Mehman Əliyevin həbsinə reaksiya verib?

Prezident həqiqətən də Mehman Əliyevin həbsinə reaksiya verib?
11 Sentyabr 2017
Mətni dəyiş

Sosial şəbəkələrdə və bir neçə hakimiyyətə yaxın media qurumunda yayılan məlumatlara görə, Azərbaycan Prezidenti İlham Əliyev "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin həbs edilməsinə reaksiya verib. 

Məlumata görə, “Turan” informasiya agentliyinin baş direktoru Mehman ƏIiyev həbsi ilə bağlı İlham Əliyevə müraciət ünvanlayıb.

Qazaxıstandan qayıdandan dərhal sonra Azərbaycan prezidentinə baş verənlərlə bağlı məlumat çatdırılıb. Dövlət başçısı dərhal ciddi reaksiya verərək, prokuror-məhkəmə orqanlarına seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini və vergidən yayınmada ittiham olunan M.Əliyevin təcridxanadan azad edilməsini tövsiyə edib.

Bu gün Bakı Apellyasiya məhkəməsində Mehman Əliyevin şikayətinə baxılacaq. 

ABŞ Senatoru Riçard Durbin-in Sentyabrın 7-si, Mehman Əliyevin həbsində iştirakı olan Azərbaycan rəsmilərinə qarşı sanksiyalar barədə düzəlişi Senata təqdim edib.

Senatorun təqdim etdiyi düzəliş Mehman Əliyevin həbsində rol oynamış bütün Azərbaycan rəsmilərinə Amerika Birləşmiş Ştatlarına daxil olmağı qadağan edib.

Bundan sonra Mehman Əliyevin 8 sentyabra nəzərdə tutulan məhkəməsi təxirə salınaraq 11 sentyabra saxlanılmışdı.

Mehman Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. [embed]https://www.facebook.com/MeydanTelevision/videos/1424842684229453/?notif_t=live_video¬if_id=1505120687670941[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun