Nazir test imtahanlarının ləğv edilməsi məsələsindən danışıb

Nazir test imtahanlarının ləğv edilməsi məsələsindən danışıb
11 Sentyabr 2017
Mətni dəyiş

"Azərbaycanda 2 ildən sonra qəbul və buraxılış imtahanlarının yeni formatda keçirilməsi ilə bağlı görülən işlər Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzinin birgə layihəsidir"

Abzas.net xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazirin bildirib ki, bu birgə işin zərurəti Azərbaycanın məktəblərində 9 il öncə yeni məzmun proqramının (kurikulum) tətbiqi ilə bağlıdır:

"Eyni zamanda, layihənin əsas məqsədi gənclərin, məktəb məzunlarının bilik və bacarıqlarının qiymətləndirilməsi prosesini daha da təkmilləşdirmək, asanlaşdırmaq və şəffaf etməkdən ibarətdir. Bu istiqamətdə işlər daim həyata keçirilir".

İctimayyət bu məsələnin təklif olunun forçaları ilə bağlı məlumatlandırılacaq

M.Cabbarov bildirib ki, sentyabrın 9-da Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, təhsil nazirinin müavini, DİM-in Direktorlar Şurasının üzvü Ceyhun Bayramov və digər təhsil ekspertlərinin iştirakı ilə işçi görüşlər keçirilib.

"Müvafiq olaraq ictimaiyyət bu prosesin mərhələlərindən və təklif olunan formata dair məlumatlı olacaq", - deyə nazir əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun