Milli Şura sentyabrın 23-ə mitinq təyin etdi

Milli Şura sentyabrın 23-ə mitinq təyin etdi
15 Sentyabr 2017
Mətni dəyiş

Milli Şura mitinq haqqında qərar verib.

Abzas.net xəbər verir ki, bu barədə quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli məlumat verib.

Əli Kərimli mitinqin sentyabrın 23-ə planlaşdırıldığını və artıq bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edildiyini bildirib.

AXCP sədri dünyanın müxtəlif mətbu orqanlarında Azərbaycanla bağlı dərc edilmiş araşdırmalara münasibət bildirib:

“Milli Şura Baş Prokurorluqdan korrupsiya yolu ilə ölkədən çıxarılmış milyardlarla dollarla bağlı cinayət işi başlamasını istəyib, lakin indiyədək nə prokurorluq cinayət işi başlayıb, nə də dövlət başçısı İlham Əliyev bununla bağlı izahat verib.”

Rəsmi qurumlardan, hələlik, bu aksiyaya hər hansı münasibət bildirilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun