Milli Şura saxlananlarla bağlı Avropa Məhkəməsinə üz tutacaq

Milli Şura saxlananlarla bağlı Avropa Məhkəməsinə üz tutacaq
26 Sentyabr 2017
Mətni dəyiş

“Demokratik Qüvvələrin Milli Şurasının mitinqi ərafəsində 7 fəal sutkalıq inzibati cəza alıb. 1 nəfər 10 sutka, 6 nəfər isə 15 sutka azadlıqdan məhrum olunub”

Bu sözləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyərinin üzvü İradə Nəriman AzadliqRadiosuna deyib.

O, AXCP Xətai şöbəsinin üzvü Etibar Məmmədlinin aksiyadan iki gün əvvəl – sentyabrın 21-də vərəqə paylayarkən saxlanıldığını deyib.

İradə Nəriman vurğulayıb ki, Etibar Məmmədli fiziki zorakılıqla da üzləşib:

Bunu da oxu: Milli Şuranın mitinqinə görə 62 cəbhəçi polisə aparılıb [siyahı] 

“Bir gün sonra Etibar Məmmədli rayon məhkəməsinin hökmüylə 15 sutka azadlıqdan məhrum edilib. Partiyanın Təşkilat Şöbəsinin müdiri Saqif Qurbanovu mitinqdən bir gün əvvəl Səbail rayon Polis İdarəsinə aparıblar. Rayon məhkəməsinin qərarı ilə polisə müqavimət maddəsi ilə 15 sutka inzibati cəza alıb.

15 sutka inzibati cəza alanlar sırasında AXCP Gənclər komitəsinin sədri İlham Hüseyn, AXCP Suraxanı rayon şöbəsinin sədri Bəhruz Həsənli, Rəyasət Heyətinin üzvləri Emil Səlimov vəAqil Məhərrəmov da var. Suraxanı rayon şöbəsinin fəalı Nicat Nizamov isə 10 sutka azadlıqdan məhrum edilib”.

İradə Nəriman deyib ki, bəzi fəallar isəsaxlanaraq 200 manatdan 51 manata kimi cərimə ediliblər.Onun deməsinə görə, bəzi fəallardan isə, hələ də, xəbər yoxdu.

Üst-üstə mitinq ərafəsində 50-dən çox fəalın saxlandığı güman edilir.

Bunu da oxu: ‘Hər bir insanın saçmalama azadlığı var, deputatdırsa, daha geniş saçmalama hüququ var’

İradə Nəriman əlavə edib ki, onların saxlanmasını qanunsuz sayır və Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklər.Bundan əvvəl isə daxili proseduru keçmək niyyətindədirlər.O, daxili məhkəmələrdə fəalların hüquqlarının qorunacağına inanmır.

Saxlananlar və bəzi fəalların döyülməsi ilə bağlı deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Sentyabrın 23-ü Milli Şura Bakıda mitinq keçirib.Aksiyanın təşkilatçıları bəyan ediblər ki, ölkədə korrpsiya baş alıb gedir və bunun başında məhz prezident İlham Əliyev dayanır.

Aksiyadan sonra hakim Yeni Azərbaycan Partiyasının funksionerləri də bu ittihamlara cavab veriblər. Onlar öz növbələrində Milli Şuranın rəhbərliyini korrupsiyada günahlandırıblar. Üstəlik, deyiblər ki aksiya sifarişi Ermənistandan gəlib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun