Meksikada baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 216 nəfərə çatıb.
Abzas.net xəbər verir ki, bu barədə Meksikanın milli qəza-xilasetmə xidmətinin rəhbəri Luis Felipe Puente məlumat verib.
"Hal-hazırda ölənlərin sayının 216 nəfərə çatdığı bildirilir: 71 nəfər Morelosda, 86 nəfər Mexikoda, 43 nəfər Pueblada, 12 nəfər Edomeksdə, 3 nəfər Herreroda və bir nəfər Oahakedə", - deyə, Puente-nin "Twitter" hesabında yayılmış məlumatda bildirilir.
Zəlzələnin episentrinin Mexikonun şərqində yerləşdiyi bildirilir. Məlumata görə, zəlzələ 7.1 bal gücündə olub.