Meksikada 8.2 bal gücündə zəlzələ baş verib: ölənlərin sayı 32 nəfərə çatıb [yenilənib]

Meksikada 8.2 bal gücündə zəlzələ baş verib: ölənlərin sayı 32 nəfərə çatıb [yenilənib]
8 Sentyabr 2017
Mətni dəyiş

Meksikada 5-ci gün gecə saatlarında baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.

Abzas.net xəbər verir ki, bu barədə Oahaka ştatının rəhbərliyinə istinadən "Reuters" agentliyi məlumat verib.

Məlumata görə, bu regionda 23 nəfər həlak olub.

"Reuters"-in hesablamalarına görə, daha 9 nəfərin Meksikanın digər ştatları - Çapas və Tabaskoda həlak olduğu bildirilir.

Meksikanın Milli seysmoloji xidmətinin dəqiqləşdirilmiş məlumatlarına görə, zəlzələ 8,2 bal gücündə olub. Zəlzələnin ocağı 58 km dərinlikdə, episentri isə Tonala şəhərindən cənub-qərb istiqamətində 137 km aralıqda olub.

Meksika prezidenti Enrique Pena Nieto bu hadisəni, ölkədə son 100 ildə baş vermiş ən güclü zəlzələ adlandırıb.

Daha öncə 26 nəfərin həlak olduğu bildirilirdi.

12:46

Meksikanın Sakit Okean sahilində 8 bal gücündə zəlzələ baş verib.

Abzas.net xəbər verir ki, bu barədə “Daily Mail” məlumat verib.

Hadisə nəticəsində 5 nəfər ölüb. Ölənlərdən ikisi uşaqdır. Ölü sayının artacağı gözlənilir.

Zəlzələ paytaxt Mexikoda və digər yerlərdə dağıntılara səbəb olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun