Mehman Əliyev azadlığa buraxıldıqdan sonra evində [Fotolar]

Mehman Əliyev azadlığa buraxıldıqdan sonra evində [Fotolar]
11 Sentyabr 2017
Mətni dəyiş

Yasamal Rayon Məhkəməsinin qərarı ilə sərbəst buraxılan Mehman Əliyev evinə gəlib.

Abzas.net xəbər verir ki, “Turan” informasiya agentliyinin direktorun evində jurnalistlər, hüquqşünaslar, siyasətçilər və yaxınları qarşılayıb.

1957-ci il oktyabrında 26-da Buzovnada anadan olan Mehman Əliyev Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur.

“Molodyoj Azerbaydjana” qəzetinin, “Azərinform” agentliyinin müxbiri, “Xazar” jurnalının məsul katibi olub, prezidentin mətbuat xidməti rəhbərinin müavini vəzifəsində çalışıb. “Turan” informasiya agentliyini 1990-cı ildə təsis edib.

Mehman Əliyev Vergilər Nazirliyində qaldırılmış cinayət işi üzrə qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurdu.

O, sentyabrın 11-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb. 

Yazıda "Turan" və Meydan.tv-nin materiallarından da istifadə olunub. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun